İsraildə ölənlərin sayı 45 oldu

“Jerusalem Post” yazır ki, Baş naziri Binyamin Netanyahu hadisəni “ağır fəlakət” adlandırıb.

Source: Specify Source


Yaralılar arasında vəziyyəti ağır olanlar var

Aprelin 30-da İsraildəki Meron dağında keçirilən Laq ba-Omer dini tonqalqalama mərasimi zamanı tribuna uçub. Nəticədə yaranan izdihamda ölən və yaralananlar olub. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, ən azı 45 nəfər ölüb.

İlkin məlumatda ölənlərin sayı 38 göstərilirdi. Sonradan bu rəqəm 44-ə yüksəldi. 50-dən çox şəxsin yaralandığı, onlardan 20-nin vəziyyətinin ağır olduğu bildirilirdi.

“Jerusalem Post” yazır ki, Baş naziri Binyamin Netanyahu hadisəni "ağır fəlakət" adlandırıb.

Ana səhifəDünyaİsraildə ölənlərin sayı 45 oldu