İsraildə İranın raket zərbəsi nəticəsində iki azərbaycanlı həlak olub

İran-İsrail münaqişəsi – Foto: ChatGpt

İranın martın 9-da İsrailin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində iki azərbaycanlı həlak olub.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Məlumata görə, Amid Murtuzov və Rustam Qulomov Yehud şəhərindəki tikinti sahəsində işləyərkən ballistik raketdən buraxılan kaset bombalarından biri həmin əraziyə düşüb. Xilasedicilərin sözlərinə görə, onlar partlayış baş verən anda bomba sığınacağında və ya başqa qorunan yerdə olmayıblar.

Bildirilir ki, hər iki şəxsin təxminən 40 yaşı olub və onlar Petah-Tikva şəhərində yaşayıblar.

Həkimlər kişilərdən birinin ölümünü hadisə yerində qeydə alıblar. Digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin sonradan aldığı xəsarətlərdən vəfat edib.

Azərbaycanın İsraildəki səfirliyinin məlumatına görə, Amid Əligüllah oğlu Murtuzov Azərbaycan və İsrail vətəndaşıdır.

O, İsrailin Petah-Tikva şəhərinin sakini olub. Amid Murtuzov  ailəsi ilə birlikdə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddət həmin ölkədə yaşayıb.

Ana səhifəSiyasətİsraildə İranın raket zərbəsi nəticəsində iki azərbaycanlı həlak olub