Hücum nəticəsində 66 nəfərin yaralandığı, 14 nəfərin həlak olduğu açıqlqnıb
İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyruta “məqsədli zərbə” endirdiyini, nəticədə “Hizbullah” əməliyyatlarının komandiri İbrahim Akilin öldürüldüyünü bildirib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livan qruplaşmasının tərkibindəki xüsusi bölmə olan Əl-Həcc Radvan Qüvvələrinə aid digər yüksək səviyyəli “Hizbullah” liderləri də hücum zamanı öldürülüb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 66 nəfər yaralanıb, 14-ü isə həlak olub.
“Hizbullah” İbrahim Akilin ölümü ilə əlaqəli bəyanat yayıb.
Bu, İsrailin Beyruta Yaxın Şərqdə müharibə başlayandan bəri üçüncü zərbədir.
2024-cü ilim iyulunda İsrailin növbəti hücumu “Hizbullah”ın “ən yüksək səviyyəli” komandiri və Livan hərəkatının hərbi qanadının rəhbəri Fuad Şükrü öldürülüb.
İbrahim Akil Hizbullahın Şükrüdən sonra ikinci ən mühüm hərbi komandiri və Livan hərəkatının elit bölmələri olan “Radvan” qüvvələrinin komandanı adlanır.
O, “Hizbullah” strukturunda əsas adam hesab olunur.
1980-ci illərdə o, Beyrutdakı ABŞ-nin səfirliyi və dəniz piyadalarının kazarmalarının partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
İbrahim Akil Livanda amerikalı və alman girov götürmə əməliyyatına da rəhbərlik edib.
ABŞ “Hizbullah”ın hərbi əməliyyatlarının rəhbərini terrorçu hesab edir və onun haqqında məlumat verənə 7 milyon dollar mükafat təklif edib.