“Ölənlərin əksəriyyəti qadınlar, uşaqlar və qocalardır”
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin qarşıdurması nəticəsində 40 mindən çox fələstinlinin həlak olduğunu açıqlayıb.
Məlumata görə, ölənlərin əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.
Bildirilir ki, 40,005 olaraq açıqlanan bu rəqəm, bölgənin 2,3 milyonluq əhalisinin təxminən 1,7 faizini təşkil edir.
Qeyd olunur ki, peyk görüntülərinin təhlili zamanı Qəzzada binaların təxminən 60 faizinin müharibə başlayandan bəri zədələnib və ya dağıldığı məlum olub.
HƏMAS-İsrail qarşıdurması 2023-cü il oktyabrın 7-də başlayıb.
İsrailin məlumatlarına görə, oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna etdiyi hücum zamanı 1200-ə yaxın adam öldürülüb, 250 nəfər girov götürülüb.
Hazırda Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb.
Görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edir.
Dohada keçirilən danışıqlara HAMAS nümayəndələri qatılmayıb.