İspaniyanın Valensiya şəhərində bir gündə yağan yağışlar nəticəsində 95 nəfərin həyatını itirdiyi bildirilir.
“Reuters” yerli hakimiyyət orqanlarına istinadən yazıb ki, Valensiyanın şərq bölgəsində leysan yağışların körpüləri və binaları uçurması İspaniyada son 30 ilin ən ağır daşqınlarından sayılır.
Valensiya və Malaqa şəhərləri su altında qalıb
İspaniyanın cənub və şərqində dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayının 64-ə çatdığı bildirilir.
Daşqınlara oktyabrın 22-dən başlayan və uzun sürən leysan yağışlar səbəb olub.
Onlarla yaşayış məntəqəsi, o cümlədən Valensiya və Malaqa şəhərləri su altında qalıb.
İnsanların xilas edilməsi və axtarışı üçün zərərçəkmiş ərazilərə mindən çox xilasedicinin göndərildiyi deyilir.
İspaniyanın Baş naziri Pedro Sançes deyib ki, xilasetmə işlərində bütün lazımi resurslardan istifadə olunacaq.
Regional hakimiyyət orqanları daşqından zərər çəkmiş bölgələrin sakinlərini hər hansı müstəqil səyahətdən çəkinməyə çağırıb.
Valensiyada sonuncu böyük daşqın 2023-cü ilin sentyabrında baş verib.
Həmin vaxt İspaniyadakı kataklizm nəticəsində ən azı üç nəfər həlak olmuşdu.
Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyi regionda ekstremal hava hadisələrinin artmasına səbəb olur.
Meteoroloqlar isə bildirirlər ki, Aralıq dənizində temperaturun artması yağıntıların intensivliyinə əhəmiyyətli təsir göstərən aktiv buxarlanmaya gətirib çıxarır.