Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı keçirilən 4 saatlıq hazırlıq iclası açıq keçirilməli olsa da təqsirləndirilənlərin valideynləri və yaxınları zala buraxılmayıb. Təxminən 20 dən çox vəkilin, 24 nəfər zərərçəkmiş, 100-dən çox şahidin iştirak etdiyi məhkəmə zalında onların yerləşdirilməsi üçün heç bir şərait yaradılmadığı bildirilir. Üç nəfər üçün nəzərdə tutulan dəmir barmaqlığa 18 nəfər təqsirləndirilənin yerləşdirilməsi və zaldakı havasızlıq səbəbindən bəzi insanların səhətində problemlər yaşanıb.