“İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oyuna çıxmadıqlarını deyiblər

“İrəvan” klubu. Foto: Komanda.az

Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir

Azərbaycanda futbolçular maaş ala bilmədikləri üçün oyunu boykot ediblər. Söhbət “İrəvan” klubunun oyunçularından gedir.

“Komanda.az”ın məlumatına görə, futbol üzrə Azərbaycan 1-ci liqasının 4-cü turunda keçirilməli olan “İmişli” – “İrəvan” oyunu baş tutmayıb. “İrəvan” klubunun oyunçuları meydançaya çıxmayıb. Onlar indiyədək verilməyən maaşları və bonusları tələb ediblər.

Bundan əvvəl onlar məşq prosesinə də eyni səbəbdən çıxmayıblar.

Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

Klubun mətbuat xidmətinin rəhbəri Mübariz Süleymanlı “Fanat.az”-a açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil. Onun sözlərinə görə, futbolçular avqustun 13-dən sentyabrın 13-ə kimi bir aylıq əmək haqlarını alıblar. İkinci ayın maaşı isə oktyarın 13-ü verilib.

Ana səhifəİdman“İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oyuna çıxmadıqlarını deyiblər