İranla sərhədin bağlanması barədə qərarın müddəti uzadıldı

Azərbaycanın Gürcüstan, Rusiya və Türkiyə ilə də sərhədləri müvəqqəti bağlanıb.

Source: Specify Source


Növbəti tarix kimi aprelin 20-i göstərilib

Azərbaycan ilə İran İslam Respublikası arasında dövlət sərhədinin müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır. Bu barədə

Nazirlər Kabineti

yanında Operativ Qərargah yayıb.

Səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması göstərilir.

Azərbaycan İran İslam Respublikası ilə sərhədini

fevralın 29-da

qapayıb. Azərbaycanın Gürcüstan, Rusiya və Türkiyə ilə də sərhədləri müvəqqəti bağlanıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır. Onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Ana səhifəSosialİranla sərhədin bağlanması barədə qərarın müddəti uzadıldı