İranda zəlzələ: 50 evin dağıldığı, 580 nəfərin yaralandığı bildirilir

Mənbə: “isna.ir”

“135 nəfər xəstəxanaya yerləşdirilib”

Oktyabrın 5-də İranın şimal-qərbində 5,7 bal gücündə zəlzələnin baş verdiyi bildirilir.

Zəlzələnin episentri İranın azərbaycanlılar yaşayan hissəsində – Xoy şəhəri yaxınlığında qeydə alınıb.

Böhranla mübarizə təşkilatının rəhbəri Məhəmməd Həsən Nami “İSNA” agentliyinə bildirib ki, zəlzələdə yaralananların sayı 580 nəfərə çatıb.

Məlumata görə, onlardan 135 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 5-i əməliyyat olunub.

“Xoşbəxtlikdən heç kim həyatını itirməyib”, – Həsən Nami belə deyib.

Xoy, Çayparas və Salmas şəhərləri ilə yanaşı, ölkənin 12 kəndinə ziyan dəydiyi bildirilir.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində 50 ev tamamilə dağılıb.

Ana səhifəDünyaİranda zəlzələ: 50 evin dağıldığı, 580 nəfərin yaralandığı bildirilir