İranda sentyabr ayında başlayan etirazlar davam edir

Paytaxt Tehran da daxil olmaqla bir çox şəhərdə işçilər tətil edir, dükan və bazarlar qapanır.

Qərbi Azərbaycanın bir neçə şəhərində tacirlər tətil elan ediblər.

Etirazlar zamanı İranın hakimiyyət qüvvələri və ali dini lider Seyid Əli Xameneyiyə ölüm şüarları səsləndirilir.

Sentyabrın 16-da təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 2 nəfərin öldüyü bildirilir.

Reutersin məlumatına görə sentyabr ayından indiyə kimi ümumilikdə 330 nəfərdən çox etirazçı öldürülüb, 15 mində çox aksiyaçı isə həbs edilib.

Ana səhifəVideoİranda sentyabr ayında başlayan etirazlar davam edir