Seçkilərdə 4 namizəd mübarizə aparırdı
İran İslam Respublikasında iyunun 18-də keçirilən prezident seçkilərinin qalibi elan olunub.
Məhkəmə hakimiyyətinin rəhbəri, 60 yaşlı İbrahim Rəisinin 28,6 milyon seçicidən 17,6 milyonun səsini alaraq qalib elan olunduğu bildirilib.
Məlumatı “TASS”
yayıb
.
Seçkilərdə 4 namizəd mübarizə aparırdı: məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Qazizadə Haşemi və Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti.
Rəsmi məlumata görə, İranda 59 milyon 310 min 307 nəfər seçici var:
"Seçki fəallığı Tehranda, Təbrizdə, Urmiyada və Şirazda daha çox müşahidə olunub".
Seçkinin ilkin mərhələsində 7 namizəd qatılsa da, bəziləri namizədliyini geri çəkdiyindən bu günə 4 nəfər qalıb: "İbrahim Rəisi, Möhsün Rezai, Əbdülnasir Həmmati və Əmirhüseyn Qazizadə Haşimi".
Vaşinqtondakı Demokratiyanı Müdafiə Fondunun İran üzrə təhlilçi Behnam Ben Taleblu “Amerikanın Səsi”nə
deyib ki
, Rəisinin əvvəllər insan haqlarının pozulması hallarında iştirakı onu Qərb üçün problemli bir prezidentə çevirə bilər:
“Təəssüf ki, o, 1980-ci illərin sonlarında Ayətullah Xomeyninin Tehranda beş min siyasi məhbusun ölümünə səbəb olan qətl fərmanını həyata keçirən qondarma ölüm komissiyası ilə əlaqədar alçaldıcı səhvləri ilə tanınır”, – o bildirib.
Londondakı “Chatham House” araşdırma mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramı rəhbərinin müavini Sanam Vakil isə hesab edir ki, 2019-cu ilin noyabırında artan neft qiymətləri ilə bağlı etirazların da amansızlıqla yatırılması bu seçkilərə təsir göstərib. Onun fikincə, sadə vətəndaşlar bu hadisələrdən sonra səs verməyə meylli deyil.