İranda 4 azərbaycanlı hüquqşünasa həbs cəzası kəsilib

Foto: Meydan.TV

Onların vəkillik fəaliyyəti, ölkədən çıxışları qadağan edilib

2022-ci ilin sentyabrında İran xalqının etirazları başlayandan bəri bütün İranda əlliyə yaxın vəkil həbs edilib.

Yaxud onlara qarşı təhlükəsizliklə bağlı iş açılıb və həbsə məhkum ediliblər.

Həbs edilən vəkillər arasında dörd azərbaycanlı hüquqşünas Sina Yousefi, Negin Kiani, Qasem Bodi və Amir Mehdipur da var. Onlar, sadəcə, həbs edilmiş etirazçıları müdafiə etməyə hazır olduqlarını bildirdikləri üçün Təbriz təhlükəsizlik qüvvələrinin hədəfinə çevriliblər.

“Daadkhast.org” saytı yazır ki, Sina Yousefi baş hüquqşünas, beynəlxalq hüquq üzrə ekspert və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının sədr müavinidir.

O, məhbusları müdafiə etmək üçün komitə yaratmaq təklifinə görə hökumət rəsmilərini qəzəbləndirib.

Oktyabrda Yousefi və onun həmkarı Qasem Bodi Təbriz şəhərində həbs edilib və onlar “qanunsuz qrup yaratmaq” və “dövlət əleyhinə təbliğat” aparmaqda ittiham olunurlar.

Noyabrda təhlükəsizlik orqanları Vəkillər Kollegiyasının daha iki azərbaycanlı üzvü Negin Kiani və Assosiasiyanın İnsan Hüquqları Komissiyasının digər üzvü Əmir Mehdipuru həbs edib. Onlara qarşı cinayət işi açılıb.

Sayt yazır ki, şərəfli vəkillərin “cinayəti” ancaq öz peşə və vicdan borcunu yerinə yetirməkdə idi.

Sina Yousefi 2022-ci il dekabrın 19-da “Twitter” hesabında yazıb: “Etiraz zamanı həbs olunanların təmsilçiliyini qəbul etmək üçün həmkarlarının ofislərinə və vəkillər birliyinə göndərişlərin həcmi o qədər yüksək idi ki, biz “müdafiə komitəsi” yaratmaq qərarına gəldik. İnsan Hüquqları Komissiyasında. Amma indi bu peşə borcunu yerinə yetirdiyimə və vəkil andına sadiq qaldığım üçün başqa bir ittihamla, qeyri-qanuni qruplaşma yaratmaqla üz-üzə qalmışam”.

Bir neçə gün təkadamlıq kamerada saxlandıqdan sonra bu dörd vəkil həbs edilib.

Onların vəkillik fəaliyyəti, ölkədən çıxışları qadağan edilib və elektron cihazları müsadirə edilib.

3 oktyabr 1991-ci ildə Dövlətin Məqsədliliyi Müəyyənetmə Şurası tərəfindən təsdiq edilmiş, Mövcud qanunlara, o cümlədən “İddiaçılar tərəfindən vəkilin seçilməsi haqqında” Qanuna əsasən, müdafiəçi məhkəmə peşəkarlarının hörmətinə və zəmanətinə malikdir.

Sayt qeyd edir ki, dörd vəkil heç bir cinayət törətməyib.

Onlar təhlükəsizlik qurumlarının etirazçılardan qisasının qurbanı olublar: “Biz, bu ərizəni imzalayanlar, Sina Yusefi, Negin Kayani, Qasim Boadi və Əmir Mehdipurun öz peşə fəaliyyətlərinə davam edə bilmələri üçün hökmlərinin ləğvini xahiş edirik”.

Ana səhifəXəbərlərİranda 4 azərbaycanlı hüquqşünasa həbs cəzası kəsilib