İran Zərifə qoyulmuş sanksiyaları “uşaq hərəkəti” adlandırıb

Xarici işlər naziri ABŞ-ın bu hərəkətinə etinasızlıq göstərib

Source: google.az


Xarici işlər naziri ABŞ-ın bu hərəkətinə etinasızlıq göstərib

İran cümə axşamı ABŞ-ın Tehranın xarici işlər nazirinə sanksiyalar tətbiq etməsini "uşaq davranışı" adlandırıb, “Reuters” xəbər verir.

ABŞ 2015-ci ildə İranla nüvə sazişindən imtina etdikdən və Tehrana qarşı sanksiyaları bərpa etməsindən bəri Yaxın Şərqdə müharibə qorxuları artmaqdadır.

İslam Respublikası Vaşinqtonun bu addımına uranın razılaşmada qeyd ediləndən daha artıq zənginləşdiriləcəyi ilə cavab verib. Qərb İranın qisasını atom silahının inkişaf etdirilməsi potensialı olaraq görür. İran isə bu iddianı inkar edir.

May və iyun aylarında neft tankerlərinə edilən hücumdan sonra ABŞ prezidenti Donald Tramp Körfəz sularının təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqə hərbi koalisiya göndərməyə çalışıb, baxmayaraq ki, Avropa müttəfiqləri bu addıma qoşulmaqda istəksiz olublar. Belə ki, Avropa bölgədə açıq münaqişənin alovlanmasından çəkinib.

Nüvə sazişinin tərəfləri olan Avropa dövlətləri böhranın həlli üçün diplomatiyanı seçməyi təklif ediblər. Lakin Tehran və Vaşinqton sərt addımlar atmağa davam edirlər. Çərşənbə günü Tramp administrasiyası İranın xarici işlər nazirinə sanksiyalar tətbiq edib və bununla problemlərin aradan qaldırılması üçün dialoq üçün yaranacaq şansa zərbə vurub.

"Onlar (amerikalılar) uşaq davranışlarına müraciət edirlər … Hər gün “heç bir şərt olmadan danışmaq istəyirik” deyirdilər … və sonra xarici işlər nazirimizə sanksiya tətbiq etdilər," – İranın Prezidenti Həsən Ruhani dövlət televiziyasında çıxışında deyib.

Nüvə anlaşmasının əsas oyunçusu, ABŞ-da təhsil alan və illərlə bu ölkədə yaşayan xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın bu hərəkətinə etinasızlıq göstərib. Amerikada əmlakı və ya digər maraqları olmadığı üçün bunun ona təsir etmədiyini söyləyib.

Ana səhifəDünyaİran Zərifə qoyulmuş sanksiyaları “uşaq hərəkəti” adlandırıb