“İran müharibəyə getmir, amma münaqişədən də qorxmur”

Daha sonra Tramp İranla müharibə istəmədiyini və ya gözləmədiyini vurğulayıb.

Source: Foto: arxiv


Yanvarın 2-də İranın yüksək rütbəli komandiri ölkəsinin müharibəyə doğru irəliləmədiyini, ancaq hər hansı bir münaqişədən də qorxmadığını bildirib.

Reuters xəbər verir.

Tehran bu addımı ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı ABŞ-ın İraqdakı səfirliyində baş vermiş nümayişlərin təşkilatçılığında İranı ittiham etdikdən sonra atıb.

Tramp deyib ki, İran bölgədəki hərəkətlərinə görə cavabdehdir. Tehran isə ittihamları rədd edib.

“Biz ölkəni müharibəyə aparmırıq. Amma hər hansı bir müharibədən də qorxmuruq. Biz Amerikanı İran milləti ilə düzgün danışmağa səsləyirik. Onları dəfələrlə sındırmaq gücümüz var və narahat deyilik”, – İnqilab Keşikçiləri Briqada Komandiri General Hüseyn Salami belə deyib. Yarı rəsmi Tasnim Xəbər Agentliyi sitat gətirib.

Tramp çərşənbə axşamı bir tvitində qeyd edib ki, İran hər hansı bir obyektimizdə itirilmiş can və ya vurulmuş zərər üçün tam məsuliyyət daşıyacaq.

“Onlar çox böyük QİYMƏT ödəyəcəklər! Bu, xəbərdarlıq deyil. Bu, təhdiddir”.

Daha sonra Tramp İranla müharibə istəmədiyini və ya gözləmədiyini vurğulayıb.

İran Ordusunun rəisi, general Abdolrahim Musavi (Mousavi) cümə axşamı qüvvələrinin “düşmən”ə qarşı hazır olduqlarını söyləyib.

“Silahlı qüvvələrimiz bütün hərəkətləri izləyir. Kimsə kiçik bir səhv edərsə, qətiyyətli reaksiya verəcək. Vəziyyət gərginləşərsə, bacarıqlarımızı düşmənə göstərəcəyik”, – Musəvi bildirib.

Ana səhifəDünya“İran müharibəyə getmir, amma münaqişədən də qorxmur”