İqtisadçılar Statistika Komitəsinin rəqəmlərinə şübhəylə yanaşır

Nazim Məmmədli: ”Mövcud reallıqda rəqəmlər komitənin göstərdiyindən bir neçə dəfə çoxdur”

Qadir İbrahimli: ”Hökumətin bəyanatlarına baxmayaraq bahalaşma ticarətin bütün qolları üzrə gedir”

Source:


Nazim Məmmədli: ”Mövcud reallıqda rəqəmlər komitənin göstərdiyindən bir neçə dəfə çoxdur”


Qadir İbrahimli: ”Hökumətin bəyanatlarına baxmayaraq bahalaşma ticarətin bütün qolları üzrə gedir”

Yanvar-aprel aylarında ötən ilin uyğun dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri 8 faiz artıb.

Bahalaşma mədənçıxarma sənayesində 7,4, emal sənayesində 8,6, elektrik enerjisi, qaz , buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 7,5 faiz olub.

Dövlət Statistika Komitəsinin məlumatında bilə deyilir.

Apreldəki qiymətlərin mart ayı ilə müqayisəsində sənaye məhsullarının istehsalçı qiymətlərindəki artım 2,4, mədənçıxarma sənayesində 2,7, emal sənayesində 1,6 faiz göstərilir.

İstehsalçı qiymətlərinin xam neft və təbii qaz hasilatında 2,7, metal filizlərinin hasilatında 3,1 faiz bahalaşdığı bildirilir.

Ən yüksək bahalaşmanın metallurgiya sənayesində olduğu qeyd edilir.

[if !supportLineBreakNewLine]

[endif]

Komitənin məlumatına görə, bu sahədəki bahalaşma 21 faiz olub. İstehsalçı qiymətlərinin poliqrafiya fəaliyyəti sahəsində 13,4, geyim istehsalında 5,3, kimya sənayesində 4,2 faiz bahalaşdığı bildirilir.​

Komitə qeyd edir ki, istehsalçı qiymətlərində cüzi də olsa ucuzlaşan sahələr də var. İçki istehsalının 2,2, kağız, karton, elektrik avadanlıqlarının istehsalının 0,3, kompyuter, digər elektrik avadanlıqları, habelə maşın və avadanlıqların istehsalının isə 0,1 faiz ucuzlaşdığı deyilir.

Dövlət Statistika Komitəsinin bu günlər yaydığı başqa bir məlumatında isə bildirilirdi ki, 2016-cı ilin yanvar-aprel aylarında istehlak məhsulları və xidmətlər ötən ilin eyni dövrünə nisbətən 10.5 faiz bahalaşıb.

Sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov komitənin açıqladığı rəqəmlərə çox pessimist yanaşır. Çünki ötən ilin fevral devalvasiyasından sonra gündəlik tələbat mallarının qiyməti kifayət qədər artmışdı. Səbəb də ölkənin 70 faiz idxaldan asılıdır, bazar və marketlərdə bunun canlı şahidi oluruq.

O, bu barədə Meydan Tv-yə danışarkən deyib.

Nazim Məmmədov
Nazim Məmmədov

Ancaq Nazim Məmmədov komitənin rəqəmlərinə şübhəylə yanaşır: “Mövcud reallıqda rəqəmlər komitənin göstərdiyindən bir neçə dəfə çoxdur. Bu, onu göstərir ki, statistika yenə də reallğı əks etdirmir. Ayrı-ayrı sahələrə cavabdeh olan şəxslər öz sahələrində pozitiv rəqəmləri göstərmək üçün statistikaya yüngülcə əl gəzdirirlər. Bu, yalnız komitənin problemi deyil, həm də iqtisadiyyatımızda real rəqəmlərin olmaması iqtisadiyyatın axsamasıyla nəticələnir”.

İqtisadçı Qadir İbrahimli rəsmi statistikada müəyyən rəqəmləri mübahisələndirməyin mümkünlüyünü vurğulayıb: “Əsas məsələ odur ki, rəsmi statistika da bahalaşma tendensiyasını etiraf edir. Bu, özü yaxşıdır, çünki əvvəllər bir sıra rəqəmləri dəyişdirib bahalaşmanın olmadığını bildirirdilər”.

Qadir İbrahimli

Qadir İbrahimli sənaye sektorunda da bahalaşmanın olmasını belə qiymətləndirib: “Bu, yerli məhsulların da bahalaşdığını göstərir. Baxmayaraq ki, hökumət idxalın bahalaşmasını mümkün saysa da, yerli istehsalın bahalaşmasını qeyri-mümkün sayırdı. Halbuki, bu da təbiidir, çünki yerli istehsalda müəyyən xammallar xaricdən idxal olunur. Necə ola bilər ki, bir ildə 100 faizlik devalvasiya getsin, amma sənaye sektorunda məhsulların  maya dəyəri artmasın? Nəzəri və praktik baxımdan bu mümkün olan şey deyil. Hökumətin bəyanatlarına baxmayaraq bahalaşma ticarətin bütün qolları üzrə gedir”.

Ana səhifəXəbərlərİqtisadçılar Statistika Komitəsinin rəqəmlərinə şübhəylə yanaşır