İpoteka götürən şəxs öldükdə borcunu vərəsə ödəyəcək

Foto: KM

Konstitusiya Məhkəməsi qərar qəbul edib

Bundan sonra vəfat edən şəxsin ipoteka kreditini vərəsələri ödəməlidir.

Mayın 23-də Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında bununla bağlı qərar qəbul edilib.

Qərar Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında verilib.

Bildirilir ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Ana səhifəSosialİpoteka götürən şəxs öldükdə borcunu vərəsə ödəyəcək