“İnternetə nəzarət mexanizmi olmalıdır”

Bu istiqamətdə çox düşünmək lazımdır.

Source:


Milli Məclisin komitə sədri internetə nəzarət mexanizminin yaradılmasını təklif edib

Azərbaycanda internet mediası və sosial şəbəklər üzərində nəzarət mexanizminin tətbiq edilməsi ilə bağlı məsələ yenidən gündəmə gətirilib.

Sentyabrın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rafael Hüseynov deyib ki, internet üzərində nəzarət mexanizmi ən azı uşaqları qorumaq üçün tətbiq edilməlidir:

“Qanunla nəzarət edə bilmədiyimiz ayrı şəbəkə – internet var. İntenetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır. İntenet vasitəsilə cəmiyyətə böyük faydalar vermək olar. Digər tərəfdən, onun təhlükəsi də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.

Azərbaycanda sosial medianın və internet resurslarının qanunla nəzarətə götürülməsi ilə bağlı həm parlamentdə, həm də hakimiyyətin müxtəlif ranqlı məmurları tərəfindən dəfələrlə təkliflər səsləndirilib. İnternet mediası ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər də edilib. Media ekspertləri bu dəyişiklikləri mürtəce hesab edərək, ifadə azadlığına təzyiq kimi qiymətləndiriblər.

Ana səhifəSiyasət“İnternetə nəzarət mexanizmi olmalıdır”