Qubad İbadoğlu: “Bu gün iş yerlərinin açılması statistikası verilir, amma iş yerlərinin bağlanması barədə susurlar”.
Prezident
İ
lham
Ə
liyevin iyulun 10-da Nazirl
ə
r Kabinetinin m
üş
avir
ə
sind
ə
s
ə
sl
ə
ndirdiyi bir s
ı
ra r
ə
q
ə
ml
ə
r maraq do
ğ
urdu.
İlham Əliyevin müşavirədəki çıxışında diqqətə çatdırdığı rəqəmlərin şərhi üçün suallarımızı müstəqil iqtisadçı Qubad İbadoğluna ünvanladıq.
–
Qubad b
ə
y, d
ö
vl
ə
t ba
şçı
s
ı
k
ə
nd t
ə
s
ə
rr
ü
fat
ı
nda 6 faiz,
ə
halinin pul g
ə
lirl
ə
rind
ə
4,7 art
ı
m oldu
ğ
unu, inflyasiyan
ı
n is
ə
yanvardan b
ə
ri 1,6 faiz t
əş
kil etdiyini bildirib. Bu bar
ə
d
ə
n
ə
dey
ə
bil
ə
rsiniz?
– Əvvəla, tikinti sektorundakı rəqəmlə razılaşıram, bu, 2014-cü ildə idman infrastrukturuna qoyulan dövlət investisiyaları ilə bağlıdır. Ölkədə yeni meydançalar, idman oyunları üçün müxtəlif infrastrukturlar yaradılır, bunun üçün dövlət büdcəsindən ayırmalar hesabına tikinti işləri sürətləndirilir. Bilirsiniz ki, 2015-ci ildə Azərbaycanda ilk Olimpiya Oyunları keçiriləcək, bu oyunların tələbinə uyğun olaraq infrastruktur yaradılmalıdır. Əhalinin gəlirlərinin artırılması isə nominal artımı ifadə edər, real artımı yox. İkinci, əhalinin gəlirləri o şəxslərə şamil olur ki, işləyirlər, müxtəlif mənbələrdən müavinət və ödəniş alırlar. Amma bu, işləməyənlərin vəziyyətini xarakterizə etmir. İnflyasiya göstəricisi isə illərlə saxtalaşdırılır, bizim alternativ yolla apardığımız hesablamalar göstərir ki, ölkədə inflyasiyanın səviyyəsi Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan daha yüksəkdir. Bu yaxınlarda beynəlxalq metodologiya əsasında qiymətləndirilmiş “Dünyanın ən bahalı şəhərləri” siyahısında Bakı ilk 50 şəhər sırasında yerini tapıb. Fakt Azərbaycanda qiymətlərin artmasının, ölkədə yaşayışın çətinliyinin nəticəsi və göstəricisidir.
–
B
ə
s
Ü
mumi Daxili M
ə
hsulun (
Ü
DM), neft sektorunun x
ü
susu
çə
kisinin artmas
ı
, x
ü
sus
ə
n
ö
lk
ə
istisadiyyat
ıda
n 2,1 faiz art
ım
bar
ə
d
ə
fikirl
ə
ri nec
ə
şə
rh ed
ə
rdiniz?
– ÜDM-də indiki statistik məlumatlarla araşdırma aparsaq təbii ki, artım müşahidə olunacaq. Çünki ÜDM-də tikinti, xidmət sektoru artımları hesabına müəyyən irəliləyiş var. Ancaq Azərbaycanda idxal dövriyyəsi var, biz “güzgü metodologiyası” əsasında bunu aşkara çıxarda bilirik və idxal bütövlükdə ÜDM-in azalmasına gətirən amildir. Onu nəzərə alsaq və idxalı da olduğu kimi qeydiyyata salsalar, bu, ÜDM-a artırıcı deyil, azaldıcı təsir göstərir. Başqa bir istiqamətdə isə qeyri-sənaye sektoru qeyri-neft sektorunun inkişaf səviyyəsindən xeyli aşağıdır. Düzdür, xidmət sektoru, nəqliyyat, rabitə və tikintidə artım var. Sonuncuların hesabına ÜDM artımı şərtlənib. Çox təəssüflər ki, bu il “Sənaye ili” elan olunsa da, sənaye istehsalı azalıb.
–
D
ö
vl
ə
t ba
şçı
s
ı
orta
ə
m
ə
khaqq
ı
n
ı
n 440 manat v
ə ya
560 dollara q
ə
d
ə
r artd
ığı
n
ı
deyib, bu m
ə
bl
əğ
l
ə
Az
ə
rbaycan v
ə
t
ə
nda
şı
normal dolana bil
ə
rmi?
– Təbii ki, əlavə gəlirlərə və ödənişlərə malik olmasa, mümkün deyil. Çünki bu rəqəm işləyən əhalinin böyük hissəsində bir ailənin xərclərini ödəyir. Nəzərə alsaq ki, ailədə adambaşına yaşayış minimumun dəyəri 150-200 manat əsasında dəyişir və Azərbaycanda orta aylıq göstərici 4,5 nəfərdir. Bu, o deməkdir ki, orta yox, hətta minimum əməkhaqqı səviyyəsi ilə ailə başçısı bir ailəni dolandırmaq məcburiyyətindədirsə, o halda minimal olaraq ailənin təminatı üçün 600 manatdan az vəsait tələb olunmur. Hesab edirəm ki, orta aylıq əməkhaqqı göstəricisi yaşayış səviyyəsini xarakterizə etmək üçün də əsas göstərici sayıla bilməz. Orta aylıq əməkhaqqı artımdan sonra da bu gün yaşayış üçün lazım olan xərcləri ödəmək iqtidarına malik deyil. Biz Azərbaycanı Qazaxıstanla, Belarusla, Rusiyayla müqayisə etsək, orta aylıq səviyyəsinin aşağı olduğunu görəcəyik. Baxmayaraq ki, adını xatırlatdığım ölkələrdə qiymətlərin ümumi səviyyəsi daha aşağıdır.
–
Siz ilin 6 ay
ı
nda 65 min i
ş
yerinin a
çı
lmas
ı
bar
ə
d
ə
deyil
ə
nl
ə
ri inand
ı
r
ı
c
ı
say
ı
rs
ı
n
ı
zm
ı
?
– Dəfələrlə bu məsələyə münasibət bildirmişik, təəssüflər ki, bu gün iş yerlərinin açılması statistikası verilir, amma iş yerlərinin bağlanması barədə susurlar. Ən azı təhsil müəssisələrinin bir qisminin qapanması, əlverişli biznes mühitinin olmaması, sahibkarların işçilərini ixtisar etməsi, hətta vətəndaş cəmiyyətindəki təşkilatların fəaliyyətinin dayandırılması ilə işçilərin azalması da son nəticədə iş yerlərinin bağlanmasına gətirib çıxarıb. Açılan iş yerlərinin əksəriyyəti müvəqqətidir, baxmayaraq ki, hökumət bunun əksini deyir. Problem ondadır ki, biz açılan iş yerlərinin effektini nə büdcədə görürük, nə də pensiya fonduna daxil olmalarda. Büdcədə vətəndaşların gəlir vergisi ildən-ilə azalır. Axı iş yerləri açılırsa, əməkhaqqı hesablanırsa, bilirsiniz ki, həm büdcəyə, həm də pensiya fonduna ayırmalar daxil olur. Amma biz daxil olmaların azalmasını müşahidə edirik. Bu isə iş yerlərinin ya müvəqqəti olduğunu, ya da saxtalaşdırıldığını, şişirdildiyini təsdiq edir.
–
Siz bir m
ü
dd
ə
t
ə
vv
ə
l “g
ü
zg
ü
metodologiyas
ı
” y
ö
n
ü
nd
ə
ara
ş
d
ı
rmalar apar
ı
rd
ı
n
ı
z v
ə
ortaya qoydu
ğ
unuz r
ə
q
ə
ml
ə
r ajiotaj do
ğ
urdu. Haz
ı
rda yeni ara
ş
d
ı
rmalar varm
ı
?
– Belə məlumat var və yaxın zamanlarda bu barədə fikirlərimi bölüşəcəyəm. Təəssüf ki, yeni məlumatlar əvvəlki vəziyyətin daha da pisləşdiyini təsdiqləyir.