Xəstəlikdən ölənlərin sayı 3 nəfərə çatıb
İndoneziyada onlarla insanın “Sibir xorası”na (qarayara) yoluxduğu bildirilir.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xora Cokyakarta vilayətində yayılıb.
İlk ölüm faktı iyulun 5-də qeydə alınıb.
Son məlumata görə, xəstəlikdən ölənlərin sayı üçə çatıb.
87 nəfərdə isə diaqnoz təsdiqlənib.
Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin qarşısının alınması və ona nəzarət şöbəsinin direktoru İmran Pambudi bildirib ki, epidemiyaya səbəb çirklənmiş ətin istehlakı olub.
“Sibir xorası” xəstəliyi adətən mal-qara və ya keçilərə təsir edən ölümcül yoluxucu xəstəlikdir.
İnsan yalnız xəstəliyə yoluxmuş heyvanlarla təmasda olduqda və ya onun ətini yedikdə yoluxa bilər.
Regional hakimiyyət orqanları virusun aşkarlandığı andan 120 gün ərzində yaxınlıqdakı ərazini yüksək risk zonası elan edib və sakinlərə yalnız sağlam mal-qaranın ətini yeməyi tövsiyə edib.