İnanclı vətəndaş: “Haqqımızı istəyəndə “fars tulası” oluruq?

Həbs edilən dini inanclı şəxslərin məhkəmələri davam edir.  Ailələr  Ağır Cinayətlər Məhkəməsi önündə həbslərə etirazlarını səsləndiriblər.

Aprelin 19-da Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynov həbsi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Prokuror Hüseynova qarşı külli miqdarda narkotik vasitə satma ittihamı irəli sürüb. 

Son vaxtlar narkotik ittihamı ilə xeyli sayda inanclı şəxsin həbs edilib. Mediada onlar “iran casusu” kimi təqdim olunub. Ailələr isə hər iki ittihamın şərləmə olduğunu deyir, sübut tələb edirlər.

Azərbaycan və İran arasında gərginlik davam edir. İki dövlət arasında münasibətlərin pisləşməsi fonunda həbs edilənlər isə ədalətli məhkəmə qərarı gözləyirlər.

Ana səhifəVideoİnanclı vətəndaş: “Haqqımızı istəyəndə “fars tulası” oluruq?