Proses gələn ay davam etdiriləcək
Oktyabrın 24-də Naxçıvan Şəhər Məhkəməsində Mehman Allahverdiyevin sədrliyi ilə hüquq müdafiəçisi İlqar Nəsibovun işi üzrə hazırlıq iclası keçirilib.
İşə mahiyyəti üzrə baxılması noyabrın 4-nə təyin edilib. Bu barədə Turan-a İ.Nəcibovun xanımı, Naxçıvan Demokrtiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib.
İ.Nəsibov avqustun 21-də Resurs Mərkəzinin ofisində Fərid Əsgərov və digər şəxslər tərəfindən vəhşicəsinə döyülüb. O, çoxsaylı sınıq və xəsarət alıb.