İlqar Nəsibova hücum edən şəxs bağışlanmasını istəyib

“Hücumun təşkil edilməsinin və icrasının əsas təqsirkarları kənarda qalıb, Fuad Əsgərov bu təxribata “qurban” kimi cəlb edilib”

Source:


“Hücumun təşkil edilməsinin və icrasının əsas təqsirkarları kənarda qalıb, Fuad Əsgərov bu təxribata “qurban” kimi cəlb edilib”

Noyabrın 4-də Naxçıvan şəhər məhkəməsində hüquq müdafiəçisi İlqar Nəsibova hücum haqqında iş üzrə proses keçirilib.

Prosesdə Fuad Əsgərov təqsirini etiraf edib və əməlindən peşman olduğunu deyib. Məlumatı “Turan İA”-a İlqar Nəsibov bildirib.

Fuad Əsgərov əməllərini sərxoş olması və hərəkətlərini idarə edə bilməmədi ilə izah edib. O, utandığını və ən böyük cəzasının öz atasının ondan üz çevirməsi olduğunu bildirib.

Fuad Əsgərov israrla bağışlanmasını istəyib və baxılması noyabrın 5-nə təyin edilmiş cavab şikayətindən imtina etdiyini bildirib.

Öz növbəsində, İlqar Nəsibov deyib ki, hücumun təşkil edilməsinin və icrasının əsas təqsirkarları kənarda qalıb, Fuad Əsgərov bu təxribata “qurban” kimi cəlb edilib.

Bunu, həmçinin Əsgərovun atasının Nəsibovun çoxillik dostu olduğunu nəzərə alaraq, hüquq müdafiəçisi onu bağışlayıb.

İlqar Nəsibovun Fuad Əsgərov barəsində şikayətindən imtina etməsi nəzərə alınmaqla, məhkəmə cinayət işinə son qoyulması və Əsgərov barəsində polsi nəzarəti qətimkan tədbirinin ləğv edilməsi haqqında qərar qəbul edib. Sabah məhkəmənin Əsgərovun Nəsibova qarşı şikayəti üzrə də analoji qərar qəbul edəcəyi gözlənilir.

İlqar Nəsibov avqustun 21-də Resurs Mərkəzinin ofisində Fərid Əsgərov və digər şəxslər tərəfindən döyülüb. Çoxsaylı qırıqlar nəticəsində şikəst olub. Yalnız iki həftə sonra polis 127.1-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmək) maddə ilə cinayət işi açıb. İ.Nəsibovun bir neçə nəfər tərəfindən döyülməsinə baxmayaraq, istintaqa yalnız bir nəfər – Fərid Əsgərov cəlb edilib. O, cavab şikayəti verib.


* İlqar və Məlahət Nəsibova Naxçıvanda fəal hüquq müdafiə və jurnalist fəaliyyəti ilə məşğul olurlar. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İ.Nəsibovun amansızca döyülməsinin məhz Nəsibovların hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğundan əmindirlər. Onlar uzun müddətdir Naxçıvanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktlarını ifşa edirlər.

Ana səhifəXəbərlərİlqar Nəsibova hücum edən şəxs bağışlanmasını istəyib