Bakı Ağır Cinayətlər Məhkəməsi “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev barəsində qiyabi icraat üzrə hökm çıxarıb.
Məhkəmə ona 15 il azadlıqdan məhrumetmə cəzası verib.
İstintaqa görə, Hacıyev 2016–2017-ci illərdə SDI Group MMC-nin rəhbəri olduğu dövrdə təxminən 10 milyon dollar (16,27 milyon manat) pul və əmlakı dələduzluq yolu ilə əldə etməkdə, sonra isə leqallaşdırmaqda iddia olunur. Əməliyyatlar həm Moskva, həm də Bakı şəhərində, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığında həyata keçirilib.
Bildirilir ki, bundan öncə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İ.Hacıyev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Hacıyev dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa gəlməyib. Ölkədən kənarda olduğu üçün ona ittiham elan etmək mümkün olmayıb. Hacıyev istintaq zamanı ölkədən kənarda olduğundan proses qiyabi qaydada aparılıb.
İstintaqa görə, Hacıyev 2016–2017-ci illərdə SDI Group MMC-nin rəhbəri olduğu dövrdə təxminən 10 milyon dollar (16,27 milyon manat) pul və əmlakı dələduzluq yolu ilə əldə etməkdə, sonra isə leqallaşdırmaqda iddia olunur. Əməliyyatlar həm Moskva, həm də Bakı şəhərində, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığında həyata keçirilib. Məhkəmə həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakların üzərinə həbs qoyub.
İlqar Hacıyev 2005–2009-cu illərdə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının rəhbəri olub və bu dövrdə şirkət beynəlxalq əhəmiyyətli infrastruktur layihələri həyata keçirib. Onun büdcəsi 4 milyard dollardan çox qiymətləndirilirdi.
Hacıyev Rusiyanın Dağıstan Dövlət Universitetini bitirib, 2019-cu ilə qədər Azərbaycanın Rusiyadakı səfirinin müşaviri olub və son illərdə Berlində biznes fəaliyyəti ilə məşğul olub.
Mənbələrin bildirdiyinə görə, Hacıyev ölkədə hakim ailə ilə yaxın əlaqələr saxlayıb, lakin sonradan biznes münasibətləri pozulduğu üçün xarici ölkədə yaşamağa məcbur olub. O, hakimiyyət və hakim ailə ilə bağlı silsilə müsahibələr verib.