Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur
Bu ilin ikinci rübündə Azərbaydanda 70372,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, ötən ilin ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda isə əlavə dəyər 2,2 faiz azalıb.
Qeyri-neft və qaz sektorunda isə 3,4 faiz artım olub.
ÜDM istehsalına gəlincə, 42,8 faizi sənaye, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikintinin payına düşüb.
Turistlərin yerləşdirilməsi və ictimai iaşənin payı 2,3, faizi informasiya və rabitə sahələrinin payı 1,6, digər sahələrin payı isə 17,7 olub.
ÜDM-nin 9.2 faizini isə məhsula və idxala xalis vergilər təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olub.
İstehlak bazarındakı qiymətlərə gəlincə, ikinci rübdə bir il öncəki zamana nisbətən 112,2 faiz olub.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz artıb.
İyulda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz çoxalıb.
Çörək, unun, qarabaşaq yarması, vafli, təzə balıq, yoqurt,
süd, pendir, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağlarının qiymətində ucuzlaşma olub.
Qoyun əti, zeytun yağı, gilas, ərik, kələm, sarımsaq, çuğundur, yerkökü, şəkər tozunun qiyməti isə bahalaşıb.