İlham Əliyevin sözçüsü Azercell-ə sahiblik iddialarını “böhtan” adlandırır

Azərbaycan prezidentinin sözçüsü ofşor sənayesindən sızdırılan məlumatlarda İlham Əliyevin qızlarının adının çəkilməsini “şər və böhtan” adlandırıb.

Source:

Azərbaycan prezidentinin sözçüsü ofşor sənayesindən sızdırılan məlumatlarda İlham Əliyevin qızlarının adının çəkilməsini “şər və böhtan” adlandırıb.

“Orada yazılan ayrı-ayrı materiallarla bağlı cənab prezidentin ailə üzvlərinin heç bir bağlantısı yoxdur” –deyə Azər Qasımov BBC Azərbaycancaya deyib.

BBC-Azərbaycan yazır ki, yeni əldə olunmuş sənədlər Azərbaycan prezidentinin qızları Leyla və Arzu Əliyevaları ofşor qeydiyyatlar və biznes sahiblər vasitəsilə Azərbaycanın ən böyük mobil telefon biznesinə bağlı olduğunu göstərir.

Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıl və Mütəşəkkil Cinayət və Korrupsiya araşdırmaları layihəsinin birgə təhqiqatında deyilir: “Ofşor maliyyə sənayesindən sızdırılan məlumatlarda dünya boyunca minlərlə anonim var-dövlət sahibinin adları açıqlanır. Azərbaycan Prezidentinin ailə üzvləri ən azı iki ofşor şirkətdə pay sahibidir, sənədlərdə göstərilir”.

Araşdırmada Panama adalarında yaradılmış bu şirkətlərin təsisçisi, bundan əvvəl Azərfon şirkətinin təsis sənədlərində katib kimi keçən isveçrəli Olivier Mestelan adı 2008-ci ildə Azercell MMC payçısına çevrilən Azertelin 42 faiz səhmlərinə sahib olan Cenay İletişim şirkətinin təsis sənədlərində də ortaya çıxır.

Araşdırmada həm də qeyd olunur ki, Mestelan Azərbaycanda hakim ailənin dostudur və Əliyevin qızlarının sahib olduğu şirkətlərdə katib kimi çalışıb.

Bununla prezident ailəsi mobil rabitə bazarının 70 faizə yaxınına nəzarət etmiş olur və beləliklə də bazarda ümumiyyətlə rəqabətin mövcudluğunu şübhə altına qoyur, yazıda bildirilir.

Eyni zamanda, Panamada qeydiyyatdan keçmiş Dilsan Investment SA və Colville Group SA şirklətləri 2005-ci ilin noyabrında Cenay İletişim şirkətini 8.85 milyon yeni Türk lirəsinə (US$ 6.6 million) alır. Təsis sənədlərində təmsilçi kimi Olivye Mestelanın adı göstərilsə də, onun və Əliyeva bacılarının şirkətdə vəzifəsi göstərilmir.

2008-ci ildə Azercell MMC-də hissələrin 42,2 faizini Cenay İletişim, 6,5 faizini Cenay İnşaat bölüşdürür, hər iki şirkətin təsisçisinin Olivier Mestelan olduğu bildirilir.

Ana səhifəXəbərlərİlham Əliyevin sözçüsü Azercell-ə sahiblik iddialarını “böhtan” adlandırır