İlham Əliyevi tənqid edən iflic xəstəsi həbs edilib

Serebral iflic xəstəsi, 1-ci qrup əlil Famil Xəlilov narkotik satışı ittihamı ilə həbs edilib.

Kiçikxanım Xəlilova deyir ki, yoldaşı tənqidi paylaşımlarına görə şərlənib. Lakin hər iki əli iflic olan Famil üçün həbsxana cəhənnəm əzabı olar.

Mayın 2-də Sulutəpədə kirayə yaşadıqları mənzilə onlarla mülki geyimli polis daxil olub, evdən narkotik maddə tapdıqlarını iddia ediblər. Polislər həmçinin evdəki kompüter və telefonları özləri ilə aparıb. İdarədə isə bu texniki avadanlıqları kilidini Xəlilovun 8 yaşlı qızına açdırmağa çalışıblar.

Xəlilovlar ötən ilin yayında İsveçrədən deportasiya olunub. Bundan 8 il öncə isə onlar siyasi və humanitar mühacirət üçün müraciət etmişdi. Avropada onlara öz neft ölkələrinə qayıtmalı olduqları deyilib.

Geri gəldikləri neft ölkəsində isə onları evsizlik, yoxsulluq gözləyirdi. Uşaqları təhsildən kənar qalacaqdı. Üstəlik bir də Famil həbs olunacaqdı.

Ana səhifəVideoİlham Əliyevi tənqid edən iflic xəstəsi həbs edilib