İlham Əliyev: “Müxalifətin mitinaqinə 840 nəfər gəlmişdi”
İyunun 24-də, Bakı vaxtı ilə saat 15 radələrində dövlət başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxış edib.
Dövlət başçısı 1992-93-cü illərdəki durumu xatırladandan sonra ölkədə aksiyaların keçirilməsinə heç bir məhdudiyyət qoyulmadığını, mətbuat azadlığının təmin edildiyini, siyasi məhbusların olmadığını, müxalifətin son aksiyalarına 840 nəfərin gəldiyini, iqtisadi inkişafın nəticəsində cəmiyyətin hakimiyyəti dəstəklədiyini bildirib. “İndiki müxalifət 90-cı illərdə ölkədə xaos yaradanlardır. Baxın, bu zalda etiraz edənlər də o dövrü xatırlamırlar. ” deyə İlham Əliyev bildirib.
Prezident İlham Əliyevə “Leyla Yunusla niyə kobud rəftar olunub” deyə sual ünvanlanıb. O, cavab verib ki, bu məlumat yalandır, əksinə, Leyla Yunus polislə kobud rəftar edib, araşdırmalara imkan verməyib, istintaqdan qaçmaq istəyib.
Ölkə başçısı çıxışının böyük hissəsini Qarabağ münaqişəsinə həsr edib. O, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasını və bunun nəticəsində şəhərlərin dağıdıldığını, o cümlədən Ermənistandan azərbaycanlıların məcburi şəkildə deportasiya olunduğunu bildirib. Əliyev həmçinin ötən əsrdə Ermənistanın indiki paytaxtı İrəvanın ADR tərəfindən Ermənistana verildiyini deyib.
İlham Əliyev çıxış edərkən zalda mühacirətdə olan azərbaycanlılar üzərlərində siyasi məhbusların rəsmi olan köynəklərdə görünüblər. Eyni zamanda AŞPA-nın binası önündə də azərbaycanlılar etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb Azərbaycandakı mövcud durum, insan haqlarının pozulması, seçkilərin saxtalaşdırılması, repressiya və siyasi məhbusların olmasıdır.