İlham Əliyev Rusiyadakı baş konsulu geri çağırdı

Sultan Qasımov. Foto: “stpetersburg.mfa.gov.az”

Sultan Qasımovun yerinə hələ ki təyinat olmayıb

Sultan Qasımov Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

Bu barədə oktyabrın 21-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

2016-cı ildən baş konsul vəzifəsini daşıyan Sultan Qasımov 1959-cu ildə Bakıda anadan olub.

O, 1976-1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb.

1981-2009-cu illərdə Azərbaycanın Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyən Sultan Qasımov 2009-2016-cı illərdə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın ilk baş konsulu olub.

Sultan Qasımov 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Ana səhifəSiyasətİlham Əliyev Rusiyadakı baş konsulu geri çağırdı