“Washington Post” Azərbaycandakı seçkidən yazıb
İlham Əliyev Qarabağdakı populyarlığından istifadə edərək seçkini önə çəkib. Əsas iki müxalifət partiyası seçkidə və səsvermədə iştirak etməmək qərarı alıb, – “Washington Post” belə yazır.
Müxalifət partiyalarının seçkidə iştirak etməməsinə gəlincə, Müsavat başqanı Arif Hacılı bildirib ki, buna səbəb seçkilərin demokratik keçirilməyəcəyidir.
“Bir çox jurnalist və siyasi fəal həbsdədir. 200-dən çox siyasi məhbus var. Seçki qanunvericiliyi ilə bağlı ciddi problemlər var və seçki komissiyaları əsasən, hakimiyyətin təsiri altındadır”, – Hacılı bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyib ki, ictimai müzakirələr olmadan növbədənkənar seçkilərin keçirilməsinə çağırış hakimiyyətin siyasi rəqabətdən qorxduğunu göstərir. İlham Əliyevin hakimiyyəti dövründə siyasi debatları, söz azadlığını cilovlayan və getdikcə sərtləşən qanunlar qəbul edilib. Müxalifət xadimləri, müstəqil jurnalistlərin həbsi artıb.
PS: “Washington Post” yazını sonradan yeniləyib.