İlham Əliyev müxalifət və hüquq müdafiəçilərinin “bostanına daş atdı”

“11 il ərzində Avropa dövlətlərinin rəhbərləri bizim daxili siyasətlə bağlı mənə bir kəlmə söz belə deməyiblər”.

Source:

“11 il ərzində Avropa dövlətlərinin rəhbərləri bizim daxili siyasətlə bağlı mənə bir kəlmə söz belə deməyiblər”.

Dövlət başçısı İlham Əliyev Avropa Şurasında illər uzunu fəaliyyət göstərən antiAzərbaycan qruplaşması olduğunu bəyan edib.

Prezident iyulun 7-də diplomatik xidmət orqanlarının rəhbərləri ilə görüşündə bu barədə danışıb.

Dövlət başçısının sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında erməni lobbisi, Azərbaycana münasibətdə qərəzli mövqedə olan deputatlar var.

İlham Əliyev Kristofer Ştrasserin Azərbaycan üzrə siyasi məhbus məsələsinə dair hesabatının baş tutmamasını “böyük qələbə” adlandırıb.

Amma prezident Avropa Şurası ilə əvvəlki kimi fəal işləməyin vacibliyini də vurğulayıb.

“Son vaxtlar bizə qarşı başlayan kampaniyalar, qaralama cəhdləri, qara piar məlumdur və bütün bunlar Azərbaycan cəmiyyətini qəmgin və narahat edir. Mənə daxil olan infromasiya və suallar aşağıdakı məsələ üzərində cəmləşir: biz  niyə baş alıb gedən ədalətsizliklərə cavab verməyək? Biz cavab veririk.

Biz niyə indiyə kimi də Avropa siyasətimizi xarici siyasətdə belə prioritet olaraq saxlayırıq? Həmişə demişəm, biz qoyulan hədəfə doğru gedirik və getməliyik. Hesab edirəm ki, bizlərə mane olmağa cəhd edənlərə diqqət yetrimək düzgün olmazdı, mahiyyəti etibarilə bu gün bizim Avropa ölkələrilə möhkəm və sağlam ikitərəfl münasibətlərimiz var” – deyə İ.Əliyev qeyd edib.

O, həm də ikitərəfli münasibətlər formatında Avropa dövlətləri rəhbərlərindən hər hansı tənqid eşitmədyini nəzərə çatdırıb: “Bəzi özlərini müxalifət və ya hüquq müdafiəçisi adlandıranlar hesab edirlər ki, kimsə bizə nəyisə deyəcək, biz də onu edəcəyik. Bu adamlar sadəlövhdurlər. Yüngül desək, ya həqiqətən saədlövhdürlər, ya da belə rəy yaratmaq istəyirlər. Ötən 11 il ərzində Avropa dövlətlərinin rəhbərləri bizim daxili siyasətlə bağlı mənə bir kəlmə söz belə deməyiblər. Bu barədə mən ilk dəfə danışıram. Əlbəttə, beynəlxalq qurumlar deməlidirlər, bu onların siyasi həyat tərzidir”.

İlham Əliyev deyib ki, hakimiyyətb hər bir əsassız ittihama da cavab verir: “Diplomatlarımızın da çalışdıqları ölkələrdə buna əməl etmələri zəruridir, hər hansı mediada və ya QHT-nin əsassız ittihamlarına cavab verilməlidir”.

O, səfirlikləri və diaspor təşkilatlarını birgə fəaliyyətə dəvət edib.

“Diaspor təşkilatları səfriliklərin ətrafında birləşməlidir, öz aralarında mübahisə etməməldirilər, öz fəaliyyətlərilə ölkəyə zərbə vurmamlıdırlar”- İlham Əliyev belə söyləyib (Turan İA).

Ana səhifəXəbərlərİlham Əliyev müxalifət və hüquq müdafiəçilərinin “bostanına daş atdı”