İlham Əliyev: “İlin əvvəlində peyvəndləməyə başlamağı planlaşdırırıq”

“Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq”.

Source: Specify Source


"Vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək”

“Azərbaycanda vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının 18 dekabrında keçirilən iclasında deyib.

Ölkə başçısı Azərbaycanda vaksinləmə strategiyasını hazırlandığını söyləyib: “Bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq”.

Azərbaycanda indiyədək 191 460 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 pasiyent ölüb.

Ana səhifəSosialİlham Əliyev: “İlin əvvəlində peyvəndləməyə başlamağı planlaşdırırıq”