İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi

İlham Əliyev bu gün Serbiya Respublikasının yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin də etimadnaməsini qəbul edib.

Source: Specify Source


Səfir: "Azərbaycan-Türkiyə münasibətlərində böyük irəliləyiş var"

Mayın 3-də Azərbaycan dövlət başçısı İlham Əliyev Türkiyənin yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul

edib

.

Səfir Cahit Bağçı yaydığı açıqlamada bildirib ki, son zamanlar Azərbaycan-Türkiyə münasibətlərində bütün sahələr üzrə böyük irəliləyiş qeydə alınıb: “Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərindən sonra enerji sahəsində tədarük təhlükəsizliyi və müxtəliflik baxımından regional və qlobal önəmə sahib olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu həm də Türkiyə və Azərbaycanın rəhbərliyi altında bölgədə nəqliyyat şəbəkələrinin inkişafı üçün əhəmiyyətli potensiala malik olan bir layihədir. İkitərəfli əməkdaşlığımız artıq yalnız Türkiyə və Azərbaycana fayda gətirmək hüdudlarını keçərək regional əməkdaşlığa yol açıb”.

16200272151092042756_1000x669.jpg
Serbiya Respublikasının yeni təyin olunan səfiri və İlham Əliyev

İlham Əliyev bu gün Serbiya Respublikasının yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin də etimadnaməsini qəbul edib.

Ana səhifəSiyasətİlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi