İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı strategiyanı təsdiq edib 

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Prezident İlham Əliyevin imzaladığı sənəddə bəzi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:

Ünvanlı sosial yardımın şərtlərinə yenidən baxılmalı, hazırkı şərtlər optimallaşdırılmalıdır.

Hazırda 12% olan illik inflyasiya səviyyəsi 2-4%-ə endirilməlidir. 

Azərbaycan üzrə ərzaq təminatı xəritəsi hazırlanmalıdır.

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılmalı, dünyada top 800-lükdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 3 olmalıdır. 

Turistlər üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı tədbirlər görülməlidir. 

Sahibkarlara göstərilən maliyyə dəstəyinin həcminin artırılmalı, kölgə iqtisadiyyatı ilə sistemli mübarizə aparılmalı, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşma genişləndirilməlidir

Ələt Azad İqtisadi Zonası fəaliyyətə başlamalıdır.

Yeni dövlət sektoruna aid sahələrin özəlləşdirməyə hazırlanmasına dair təkliflər hazırlanmalıdır. 

Azərbaycan – Türkiyə – Avropa Enerji Qovşağı yaradılmalıdır. 

Su itkiləri azaldılmalı, ehtiyatları artırılmalı, içməli su potensialı genişləndirilməlidir

Zaqatala-Balakən biosfer qoruğu yaradılmalıdır.

Bərpa olunan enerjinin payı 24%-ə çatdırılmalıdır.

Qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti 80% olmalıdır. İndi bu rəqəm 65.8%-dir.

Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası genişləndirilməlidir. 

Tənqidçilər hesab edirlər ki, hökumət bu vaxta qədər qəbul etdiyi strateji sənədlərə əməl etmədiyi üçün bu sənədə etimad da yüksək olmamalıdır. Şəffaflıq və hesabatlılığın aşağı səviyyədə olmasını müxalif və tənqidçilər ən böyük problem hesab edirlər.

Ana səhifəVideoİlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı strategiyanı təsdiq edib