İki böyük mühacir qrupu Polşa ərazisinə keçməyə nail olub

Material “Euroradio” saytında dərc olunub

Polşa ərazisinə iki böyük mühacir qrupu keçib, – “Belostok” radiosu xəbər verir. Krınok və Belovej rayonlarında sərhəd sədlərindən onlarla insan adlayıb.

Polşalı sərhədçilər mühacirlərin bir hissəsini sərhəd xəttinə qaytarmağa müvəffəq olub, yerdə qalanlar axtarılır. Sərhədçilərin mətbuat katibi Katajin Zdanoviçin dediyinə görə, mühacirlər hər iki halda çəpərlərdən zorakı yolla keçib.

Belarus tərəfdəki sərhəddə, Kuznisa ətrafında hələ də bir neçə yüz adam toplaşıb. Onların çadırları, yataq kisələri var, axşamlar isinmək üçün tonqal qalayırlar. Mühacirləri daim Belarus xidməti qoruyur. 

Ana səhifəDünyaİki böyük mühacir qrupu Polşa ərazisinə keçməyə nail olub