Demokratik Təşəbbüslər İnstitutu

Mənbə: Meydan.TV

Başlıq: Demokratik Təşəbbüslər İnstitutu

İDİ təqsirsizlik prezumpsiyası ilə bağlı hesabat yayıb

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu 2018-ci ildə Azərbaycanda baş verən təqsirsizlik prezumpsiyası ilə bağlı pozuntuların statistikasına və müqayisəli təhlilinə dair hesabat hazırlayıb.

İDİ-dən Meydan TV-yə verilən məlumata görə, hesabat 2018-ci il 1 yanvar tarixindən 2018-ci il 31 dekabr tarixləri ərzində “trend.az”, “qafqazinfo.az”, “musavat.com” internet mediası saytarı və dövlət qurumunun informasiya orqanı olan “mia.gov.az” saytı olmaqla, ümumilikdə, dörd saytın paylaşdıqları xəbərlərin media monitorinqinin aparılması nəticələrinə əsaslanıb.

Media monitorinqinin aparılması üçün əvvəlcədən yerli və beynalxalq qanunvericiliyə, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarındakı mövqeyinə əsasən meyarlar (şəxslərin məhkəmə qərarı olmadan cinayətkar kimi təqdim olunması) müəyyən edilib. Bu meyarlara uyğun gəlməyən xəbər paylaşımları pozuntunun mövcud olduğu hallar kimi qiymətləndirilib.

Dörd ay ərzində baş tutan monitorinq nəticəsində dörd sayt üzrə qeydə alınan 5104 pozuntunun ən yüksək göstəricisi 1376 fakt olmaqla “qafqazinfo.az”-ın payına düşməkdədir.

1340 pozuntu faktı “trend.az”-ın, 1309 pozuntu faktı isə “musavat.com”-un monitorinqi zamanı qeydə alınıb.

Monitorinqi aparılan saytların arasında ən aşağı göstərici isə 1079 pozuntu faktı ilə dövlət qurumunun informasiya orqanı olan “mia.gov.az” saytında müşahidə olunub.

Nəticələrin təhlili zamanı üç internet media qurumlarının il ərzində paylaşdıqları xəbərlərin bir çoxunda “mia.gov.az” saytına istinad etsələr də, yol verdikləri pozuntuların ortalaması 1341 olmaqla, Daxili İşlər Nazirliyinin rəsmi saytı “mia.gov.az”-ın il ərzində yol verdiyi 1309 pozuntu faktından daha çox olduğu görünür.

“Bu da internet media saytlarının xəbərləri paylaşarkən müəyyən təhrif etmələrə yol verməsini, bununla da pozuntu faktlarına yol açmasının göstəricisidir. Bu faktlarla yanaşı hesabatda müəyyən edilmiş ayrı-ayrı meyarlar üzrə təqsirsizlik prezumpsiyası ilə bağlı saytların yol verdiyi pozuntuları sayı və onların müqayisəsi də əks etdirilib,”- hesabatda bildirilir.

Hesabatda təqsirsizlik prezumpsiyasının yaranmasının tarixi aspektlərinə, anlayışına və eləcə də yerli və beynalxalq qanunvericilikdəki yerinə və onu müəyyən edən hüquqi sərhədlərə toxunulub.

AİHM-in bu haqda çıxardığı qərarlar da təhlil edilərək hesabatda yer alıb. Hesabatın bu hissəsində qanunvericiliyin monitorinqi əsasında mövcud boşluqlar və uyğunsuzluqlar göstərilib.

Sənəddə media qurumlarına və jurnalistlərə təqsirsizlik prezumpsiyası pozuntularına yol verməmək üçün tövsiyələri də əks olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2j1wb8

Ən çox baxılan