“İctimai işlər” cəzasına məhkum edilənlərə elektron “bilərzik” taxılacaq

Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.

Source: Foto: google.az


Sorğuya cavab verməyən operator və provayderlər də cərimə ediləcək

Cinayət törətməkdə təqsirli bilinərək “ictimai işlər” cəzasına məhkum edilmiş şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

Milli Məclis bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsini I oxunuşda müzakirəyə çıxararaq təsdiqləyib.

Dəyişikikdə qeyd edilir ki, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bununla bağlı Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik edilir.

Cinayət Məcəlləsində əsas cəza növü kimi nəzərdə tutulan “ictimai işlər” cəzası məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir.

Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər.

Məhkumların ödədiyi cərimələrin 43 faizi icra orqanına veriləcək

“İcra məmurları haqqında” qanuna təklif edilən cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi İcra baş idarəsi) hesabına köçürüləcək.

“İcra məmurları haqqında” qanuna dəyişiklik layihəsinə əsasən məqsəd həmin orqanın işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsidir.

Sorğuya cavab verməyən operator və provayderlər cərimə ediləcək

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə isə telekommunikasiya operatoru və provayderi tərəfindən aidiyyatlı qurumların sorğularına “Telekommunikasiya haqqında” Qanununda nəzərdə tutulmuş müddətlərdə (3 iş günündən gec olmayaraq, təcili hallarda 24 saat ərzində) cavab verilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1000 manatdan 1 500 manatadək məbləğdə cərimə olunacaq.

Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.

Ana səhifəSosial“İctimai işlər” cəzasına məhkum edilənlərə elektron “bilərzik” taxılacaq