İctimai-iaşə müəssisələrində iş müddəti dəyişir

“Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar”, – qərarda deyilir.

Source: Foto: google.az


Onlayn sifarişlər qəbul olunacaq

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

Məlumatı

Nazirlər Kabineti

yanında operativ qərargah yayıb. Bildirilir ki, ictimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

“Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır. Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar”, – qərarda deyilir.

Ana səhifəİqtisadiyyatİctimai-iaşə müəssisələrində iş müddəti dəyişir