İctimai fəallar 30 sutka həbs cəzası almış Afiəddin Məmmədovun həbsinə etiraz edib

Onlar Bakı Şəhər Baş Polis İdarəsinin qarşısına Məmmədovla bağlı yazılar yapışıdırıb.

İşçi Masasının sədri olan Afiəddin Məmmədov avqustun 1-də saxlanılıb. Ertəsi gün onun haqqında 30 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe oımama) maddələrilə cəzalandırılıb.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır. Lakin motosiklların satıldığı yerlər bundan ötrü lazım olan sənədi vermirlər.

Ana səhifəVideoİctimai fəallar 30 sutka həbs cəzası almış Afiəddin Məmmədovun həbsinə etiraz edib