İctimai fəal COP29-un keçirildiyi məkanda aksiya edib

Kamran Məmmədlinin hara aparıldığı bilinmir

Heyvanların hüquqlarının müdafiəsilə məşğul olan ictimai fəal Kamran Məmmədli noyabrın 15-də Bakıda BMT-nin iqlim dəyişikliyi konfransı COP29 keçirilən məkanda təkadamlıq etiraz aksiyası keçirib.

İctimai fəal küçə itlərinin güllələnməsininə etiraz ifadə edən plakat qaldırıb.

“Azərbaycan hakimiyyəti itləri güllələyir. Azərbaycan diktaturası itləri yandırır”, – Kamran Məmmədli əlində ingilis dilində yazılmış plakatı tutaraq qışqırıb.

Bir neçə saniyə sonra mühafizəçilər Kamran Məmmədliyə hücum edərək, onu zorakılıqla oradan aparıb. Bütün bunlar xarici jurnalistlərin gözü önündə baş verib. Onlar bütün bunları videolentə alıblar.

İctimai fəalla yanaşı, yerli jurnalistlər də saxlanılıb, onların telefonları əllərindən alınıb. Lakin sonradan jurnalistlər sərbəst buraxılsa da, Kamran Məmmədlidən indiyədək məlumat yoxdur.

Onun hara aparıldığı bilinmir.

Ana səhifəXəbərlərİctimai fəal COP29-un keçirildiyi məkanda aksiya edib