İctimai fəal Nicat Əmiraslanov 15 sutkalıq inzibati həbsə məhkum edilib.
Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə məhkəmə çıxarılıb.
Qazax Rayon Məhkəməsinin qərarı ilə, ictimai fəal 15 sutkalıq inzibati həbs cəzası alıb.
İctimai fəal Nicat Əmiraslanovun saxlanıldığı bildirilir.
Bu barədə jurnalist Elməddin Şamilzadə “Facebook” səhifəsində məlumat yayıb.
O bildirib ki, Nicat Əmiraslanovun saxlanılması barədə məlumatı yaxınlarından alıb.
“İctimai fəal Nicat Əmiraslanov Qazaxda polislər tərəfindən saxlanılıb. Yaxınları ehtimal edir ki, hadisə müəmmalı şəkildə həyatını itirmiş Elgünlə bağlı bukletləri paylaşdığı üçün baş verib”, – Elməddin Şamilzadə yazıb.
Hüquq mühafizə orqanları onun saxlanması barədə hələlik heç bir müasibət bildirməyib.
İctimai fəal Nicat Əmiraslanov əvvəllər müstəqil jurnalist kimi fəaliyyət göstərib. O, bir neçə dəfə polis tərəfindən saxlanılıb və inzibati həbsə məhkum edilib. Saxlanılarkən işgəncəyə məruz qalıb.