İbrahim Tatlısəsin qəzaya düşdüyü bildirilir

Mənbə: İHA

Hadisənin Bodrumda baş verdiyi deyilir

Türkiyəli müğənni İbrahim Tatlısəsin ağır yol qəzasına düşdüyü bildirilir.

Hadisə Bodrum şəhərində qeydə alınıb.

İfaçının içində olduğu avtomobil yük maşını ilə toqquşaraq, yol kənarına yuvarlanıb.

Mənbə: İHA

Maşında sıxışıb qalan müğənnini qurtarmaq üçün əraziyə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Tatlısəsin yanında qızı olub.

Onların hər ikisinin də vəziyyətinin yaxşı olduğu bildirilir.

Ana səhifəMədəniyyətİbrahim Tatlısəsin qəzaya düşdüyü bildirilir