İranda AzTV “düşmən” elan olunub

Foto: AzTV

Azərbaycan Dövlət Televiziyası (AzTV) İran İslam Respublikası tərəfindən “düşmən media qurumları” siyahısına daxil edilib. Tehran rəhbərliyi bu kanalla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edib.

Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi (MEDİA) verilən qərara reaksiyasında bunun təəccüb doğurduğunu bildirib. Agentliyin bəyanatında qeyd olunur ki, digər dövlətlər tərəfindən Media Reyestrinə daxil edilmiş azərbaycanlı jurnalistlərin peşə fəaliyyətinə xüsusi məhdudiyyətlər qoyulduğu halda, adekvat addımlar atıla bilər. Bu çərçivədə həmin ölkənin media nümayəndələrinə qarşı da Azərbaycanda analoji məhdudiyyətlərin tətbiqi istisna edilmir.

MEDİA həmçinin xatırladıb ki, İranın “Səhər” telekanalı, “Mehr” xəbər agentliyi və bu qurumların nümayəndələrinin Azərbaycan ərazisindəki fəaliyyəti qanunsuz hesab olunur.

Ana səhifəSiyasətİranda AzTV “düşmən” elan olunub