Hüquqşünas Namizəd Səfərovun saxlanıldığı bildirilir

Namizəd Səfərov – Foto: Facebook səhifəsindən

Bu gün, dekabrın 9-da hüquqşünas Namizəd Səfərov saxlanılıb.

Bu barədə onun yaxınları AzadlıqRadiosuna məlumat verib.  Onun mülkigeyimli şəxslərin saxlayıb naməlum istiqamətə apardıqları bildirilir.

Ailəsi onun yerini dəqiqləşdirməyə çalışır.

Hökümətyönlü medianın yaydığı məlumata görə Səfərov dələduzluqla bağlı şikayətlər əsasında saxlanılıb.

Rəsmi qurumlar isə onun saxlanması ilə bağlı açıqlama verməyib.

O, Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb. Səfərov bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib. Kollegiya isə həmin qərarı qanunvericiliyin tələblərinin pozulması ilə əsaslandırıb.

Namizəd Səfərov 2020-ci ildə Demokratik Qüvvələrin Milli Şurasından istefa verib.

Ana səhifəSiyasətHüquqşünas Namizəd Səfərovun saxlanıldığı bildirilir