HPV-ə qarşı peyvənd nə qədər önəmlidir?

Dünya Səhiyyə Təşkilatının açıqlamalarına görə hər il təxminən 600.000 qadına uşaqlıq boynu xərçəngi diaqnoz qoyulur və hər il 250 000 qadın uşaqlıq boynu xərçəngindən ölür. Uşaqlıq boynu xərçəngini qadın bədənində əsasən cinsi yolla keçən Human papilloma virusunun 15 fərqli növü yaradır. Lakin bu virusa yoluxmamaq üçün peyvənd var. Mütəxəssislər deyir ki, cinsi həyatına başlamamış və ya heç vaxt HPV virusu daşımayan bir qadına vurulan HPV peyvəndi xərçəngə səbəb olan viruslara qarşı 100% qoruyur. Bu peyvənd 9-14 yaş arasında 2, 14 yaşından sonra 3 dozalı peyvənd proqramı ilə tətbiq edilir. Avstraliya, Kanada, Portuqaliya, Norveç, Finlandiya və Danimarka kimi inkişaf etmiş ölkələrdə məktəb peyvəndi pulsuz həyata keçirir. Azərbaycanda isə bu peyvəndi sadəcə özəl klinikalarda firmadan asılı olaraq 250-300 manata vurdurmaq mümkündür. Ginekoloq Rəşad Sultan deyir ki, Azərbaycanda HPV əleyhinə peyvəndə qarşı etinasızlıq var. Ginekoloq bunun əsas səbəbini mental dəyərlər və cəmiyyətin maarifləndirilməməsində görür.

Ana səhifəTövsiyəHPV-ə qarşı peyvənd nə qədər önəmlidir?