Hollivud aktyorları üç ay davam edən tətildən milyard dollar qazancla çıxıblar

Hollivud. Foto: Wiki

Onlar daha yüksək maaş və iş vaxtından artıq saatlara görə təzminat tələb edirdilər

Hollivud aktyorları əlavə iş saatına görə tətildən qazancla çıxıblar.

Amerika Televiziya və Radio Aktyorları Federasiyasının (SAG-AFTRA) məlumatında bildirilir ki, Kino Film və Televiziya İstehsalçıları Alyansı (AMPTP) aktyorların qoyduğu şərtlərlə razılaşıb.

Nəticədə bir milyard dollarlıq sövdələşmə imzalanıb.

SAG-AFTRA-nın əsas tələbi kino sənayesi nümayəndələrinin minimum əmək haqlarının və sosial təminatlarının artırılması idi.

Müqaviləyə minimum ödənişlərin artması ilə yanaşı, federasiya üzvlərini süni intellekt təhdidlərindən qorumaq tədbirləri də daxildir.

2023-cü il mayında Amerika Yazıçılar Gildiyasının ssenaristləri, iyulunda isə Televiziya və Radio Aktyorları Federasiyasının (SAG-AFTRA) aktyorları tətilə başlayıblar.

Onlar daha yüksək maaş və iş vaxtından artıq saatlara görə təzminat tələb ediblər.

Cennifer Lourens, Meril Strip, Ben Stiller, Pedro Paskal kimi məşhur aktyorlar tətili dəstəklədiklərini bəyan ediblər.

Tətil səbəbindən bu il sentyabrın 18-də keçirilməsi nəzərdə tutulan 75-ci “Emmi” mükafatının təqdimetmə mərasimi 2024-cü il yanvarın 15-nə ertələnib.

Həmçinin 2023-cü il noyabrın 18-də Amerika Kino Akademiyasının keçirməyi planlaşdırdığı kinematoqrafiyada nailiyyətlərə görə fəxri “Oskar” mükafatının təqdimat mərasimi 2024-cü il yanvarın 9-na təyin edilib.

Ana səhifəMədəniyyətHollivud aktyorları üç ay davam edən tətildən milyard dollar qazancla çıxıblar