”Hökuməti tənqid edirik, nəticə çıxarsın, daha saytları niyə bloklayır?”

Daha bir neçə saytı bloklayıblar

Source:


Daha bir neçə saytı bloklayıblar

Azərbaycanda daha bir neçə sayt bloklanıb. Onlardan biri Beynəlxalq Universitetin hazırda mühacirətdə olan keçmiş rektoruna məxsusdur

“Əvvəl “

euroasianews.org

”, “Avropanın səsi” və “euroasianews.blog” saytlarını blokladılar. Mən də “euroasiainfo.com” saytını açdım. Bir gün işlədi. Ancaq onu da blokladılar”.

Hazırda İsveçrədə yaşayan “Euroasianews” media qrupunun rəhbəri Fuad Ağayev AzadlıqRadiosu-na deyib ki, apreldən başlayaraq media qrupuna aid saytlar Azərbaycan hökuməti tərəfindən bloklanır:

“İlk bloklanma bu il aprelin 5-də – Milli Şuranın mitinqinə 4 gün qalmış oldu. “euroasianews.org” vasitəsilə əsasən Milli Şuranın mitinqləri ilə bağlı məlumatlar yayırdım. Azərbaycan tərəfi həmin gün saytı blokladı. İyulun 7-də isə Beynəlxalq Universitetin keçmiş rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayevə məxsus “Avropanın səsi” və mənim “euroasianews.blog” saytlarımız bloklandı. Bizim internet şülizlərimizi də bloklayıblar ki, yeni proqram açıb blokdan çıxaran saytlardan daxil ola bilməyək. Məcbur olub iyulun 7-də “euroasianews.blog” saytının domenini dəyişib “evroasiainfo.com” etdik. Bir gün keçməmiş onu da blokladılar”.

Fuad Ağayev deyir ki, bununla bağlı Azərbaycanın İnformasiya və Texnologiya Nazirliyinə zəng vurub:

“Telefonu açdılar, salamlaşdıq, özümü təqdim edən kimi telefon əlaqəsini kəsdilər. Qurumun elektron poçtuna da məktub yazmışam, cavab verməyiblər. Bütün aidiyyəti qurumlara müraciət etmişəm. Bu addım Azərbaycan hökuməti tərəfindən söz azadlığına basqıdır. Hökuməti tənqid edirik, tənqiddən nəticə çıxarsın, daha saytları niyə bloklayır ki…”

Şikayətçi deyir ki, bir neçə aydan sonra Elşad Abdullayevin həm Azərbaycan Beynəlxalq Universiteti, həm də qardaşı Mahir Abdullayevlə bağlı Avropa Məhkəməsinə təqdim etdiyi işlərə baxılacaq. “Hesab edirik ki, saytların bloklanması həm də buna görədir. Son bir ayda həm mənə, həm də Elşad Abdullayevə çoxlu hədələr gəlir. Saytların bloklanması da bu təzyiqləRdən biridir”, – F.Ağayev söyləyir.

İnformasiya və Texnologiya Nazirliyi qeyd olunan saytların bloklanmasından xəbərsiz olduğunu deyir.  Qurumdan bildirilib ki, həmin saytların bloklanması ilə bağlı hər hansı məktub və zəng daxil olmayıb.

Nazirlik sayt sahibinə məsələni “Delta Telekom”-la aydınlaşdırmağı tövsiyə edir.

Martın sonundan AzadlıqRadiosu, Meydan TV, Turan TV və daha bir neçə müstəqil sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciətilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla bir neçə müstəqil sayt bloklanıb.

Söhbət AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin, TuranTV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bu ilin iyununda criminal.az saytının rəhbəri Anar Məmmədov da Meydan TV-yə həmin saytın bloklanmasından şikayət etmişdi. O, bloklanmanı bir əsgər ölümü ilə bağlı hazırladığı foto və videoyazılarla əlaqələndirmişdi. Sayt hələ də qapalıdır.

Ana səhifəXəbərlər”Hökuməti tənqid edirik, nəticə çıxarsın, daha saytları niyə bloklayır?”