Hökumət 1 milyard dollarlıq idxal əməliyyatı ilə nə alıb?

“Maraqlıdır, pandemiya dövründə aztəminatlı əhalisinə 190 manat verməyə xəsislik edən hakimiyyət səxavətlə 1 milyard dollarlıq idxal əməliyyatını nəyin hesabına maliyyələşdirir?”

Source: Specify Source


Ölkədə dərman vasitələrinin satışı 1,9 dəfə artıb

2020-ci ilin ilk 7 ayında Azərbaycana 214 milyon 067 min dollarlıq əczaçılıq məhsulları idxal olunub.

Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası məlumatlarında belə deyilir. Bu rəqəm ölkəyə gətirilən dərmanların idxalda qeydiyyata düşən gömrük dəyərini ifadə edir.

İqtisadçı Qubad İbadoğlu deyir ki, dərman məhsullarının idxalının çox olması Azərbaycanın yarıtmaz, bərbad səhiyyəsindən xəbər verir. Bildirir ki, bu idxal rəqəmləri kifayət qədər böyükdür. Deməli, əhali dərman məhsullarına çox ehtiyac duyur:

“Heç şübhəsiz ki, həmin dərmanların çoxu xəstələrə ikiqat bahasına satılıb. Kosmik dövlətə çevrilən Azərbaycanda təəssüf ki, ən sadə dərman preparatları belə istehsal olunmur”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə bu il ölkədə dərman vasitələrinin satışı 1,9 dəfə artıb. İyulda Azərbaycana dərman idxalı orta aylıq göstəricidən 2 dəfəyədək çox olub. Ümumilikdə 55 milyon dollarlıq dərman alınıb.

Qubad İbadoğlu deyir ki, ölkəyə dərman idxalına bir neçə şirkət nəzarət edir. Məhz onların bazarda sövdələşmələrinə görə dərmanların keyfiyyətində də ciddi problemlər var.

Qiymətlərə gəlincə, iqtisadçı deyir ki, Tarif Şurası müəyyənləşdirsə də, Azərbaycanda dərmanların qiyməti Türkiyə, Rusiya və İranla müqayisədə yüksəkdir:

“Bu isə o deməkdir ki, xüsusilə də pandemiya dövründə ailə büdcəsinin əsas xərclərdən biri də dərmanların alışıdır”.

Dövlət Gömrük Komitəsinin hesabatında o da bildirilir ki, Azərbaycan bu ilin ilk 7 ayında 1 milyard dollarlıq nüvə reaktorları, yarım milyard dollarlıq səsyazma və səsləndirmə aparaturası alıb. Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğulara isə hökumət 130 milyon dollar xərcləyib.

117868116_10220947302224033_1301266000361393493_n.jpg
Qubad İbadoğlu

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC yaradılıb. Qubad İbadoğlu hesab edir ki, gətirilən avadanlıqlar tədqiqat nüvə reaktorunun inşası üçündür:

“Maraqlıdır, pandemiya dövründə aztəminatlı əhalisinə 190 manat verməyə xəsislik edən hakimiyyət səxavətlə 1 milyard dollarlıq idxal əməliyyatını nəyin hesabına maliyyələşdirir?”

İqtisadçı deyir ki, gömrük statistikasında diqqəti cəlb edən başqa bir əməliyyat isə elektrik maşınları və avadanlıqları, onların hissələri, səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirlərinin və səslərinin yazılması və canlandırılması üçün aparaturaların alınmasıdır. Dövlət bu məhsullara 507 milyon 365 min dollardan çox vəsait xərcləyib:

“Hər iki əməliyyat xeyli suallar doğurur. Şübhəli görünir, əlavə izahata ehtiyac var”.

Gömrük Komitəsi isə yalnız statistika ilə kifayətlənir, əlavə şərh vermir.

Ana səhifəİqtisadiyyatHökumət 1 milyard dollarlıq idxal əməliyyatı ilə nə alıb?