“QHT işi” üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının məhkəmələri artıq başlayıb. Sosial Hüquqlar Mərkəzinin rəhbəri, haqqında “QHT işi” üzrə cinayət işi açılan Sübhan Həsənli deyir ki, layihələr üçün gələn maliyyə Azərbaycan banklarına daxil olurdu. Həmin puldan vergi ödənib, sosial ödənişlər həyata keçirilib. Dövlət Vergi Xidməti də bunları qəbul edirdi.
“Həmin dövrdə Dövlət Vergi Xidməti fəaliyyət yoxlamaları aparıb, müqavilələrə baxılıb. Bu müddət ərzində heç bir qurum bildirməyib ki, biz qanunsuz fəaliyyət göstərmişik. Hətta QHT Şurası İdarə Heyətində işləyən şəxslər də bu layihələrdən faydalanıblar. Amma cinayət işi ancaq hakimiyyətin xoşu gəlmədiyi adamlara açılıb”.