Hitler Almaniyasının çöküşündən 80 il sonra dünya mənzərəsi

Sovet İttifaqında Nasist Almaniyasına qarşı qələbə günü kimi qeyd olunan 9 mayda, Rusiya prezidenti Vladimir Putin Qızıl Meydanda ənənəvi Qələbə Paradını keçirib.

Tam 3 il 2 ay 15 gün əvvəl Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayıb.

 Putin bu əməliyyatı “xüsusi hərbi əməliyyat” adlandırsa da, beynəlxalq aləm tərəfindən işğal kimi qiymətləndirilir. Müharibə nəticəsində indiyə qədər təxminən 13 min sivil, ən azı 210 min hərbçi həlak olub.

Müharibədən əvvəl müxtəlif ölkə liderlərinin qatıldığı Qələbə Paradına bu il Avropa İttifaqı ölkələrindən yalnız Slovakiya iştirak edib. Bir çox Qərb ölkələri bu tədbiri Rusiyanın militarist siyasətinin təcəssümü kimi görür. Parad zamanı Rusiyanın hərbi texnikası nümayiş etdirilib. Bildirilir ki, Şimali Koreya Rusiyaya yüz minlərlə artilleriya mərmisi və ballistik raketlər tədarük edib.

Dünyada artan müharibələr və aqressiya fonunda faşizm və Hitler irsinin hələ də yaşayıb-yaşamadığı sualı aktuallığını qoruyur. Son illərdə sağ partiyaların yüksəlişi, artan islamofobiya, miqrantlara qarşı sərt siyasət, siyasətdə millətçi ritorika faşizmin qlobal fenomen kimi hələ də mövcud olduğunu göstərir.

Ana səhifəVideoHitler Almaniyasının çöküşündən 80 il sonra dünya mənzərəsi