Hindistandan gələn dondurulmuş ətə tələbat artır, təzə ət alanlar azalır

Azərbaycanda ətin qiyməti durmadan artır. Müşahidələr göstərir ki, ətin qiymətində ucuzlaşma çətin ki, mümkün olsun.

Bunun fonunda bir neçə ildir ki, Azərbaycana Hindistandan dondurulmuş ət gətirilir.

Qeyd olunur ki, əvvəllər gətirilmiş dondurulmuş ət kolbasa və sosiska sexlərində, o cümlədən ictimai iaşə müəssisələrində istifadə edilirdisə, son zamanlar mətbəxə də yol açıb.

Təzə ətin alıcıları ildən ilə azalır. Əvəzinə dondurulmuş məhsullara tələbat artır.

Ana səhifəVideoHindistandan gələn dondurulmuş ətə tələbat artır, təzə ət alanlar azalır